"Artıq ansambl fəaliyyətə başlayıb" "Artıq ansambl fəaliyyətə başlayıb"

Almaniyada Azərbaycan kamera orkestri yaradıldı

"Artıq ansambl fəaliyyətə başlayıb"

Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr yaradılıb.

Bunu Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer Diasporla İş üzrə Dövlət Komitəsində təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq ansambl fəaliyyətə başlayıb və ilk məşqlər musiqiçilər arasında böyük harmoniyanın olduğunu göstərib.

Almaniyada ilk olan Azərbaycan kamera orkestrinin repertuarı Vivaldidən tutmuş bütün Azərbaycan kompozisiyalarına qədər geniş müstəvini əhatə edir. Gələcəkdə orkestrin səfirlik və fəxri konsulluğun rəsmi tədbirlərində də iştirakı nəzərdə tutulur.

Orkestr aşağıdakı ifaçılardan ibarət tərkibdə fəaliyyət göstərir:

Ferhad Mehmet - skripka Həsən Abasquliyev - skripka İris İcellioğlu - alt Nəriman Əkbərov – violonçel Tair Turqanov - kontrabas Timur Osmanov - fleyta Meltem Kandemir - alt Zeynep Akdil - violonçel Arzu Məmmədova - skripka Elgün Ağazadə - skripka Feliks Knarozovski- faqot Fərəc Əkbərov - klarnet Fəridə Rüstəmova - skripka

Qeyd edək ki, O.Hauzer skripkaçı və konsertmeyster, məşhur bəstəkar Səid Rüstəmovun nəvəsi Fəridə Rüstəmova ilə birlikdə 14 musiqiçini bir kamera orkestrində birləşdirməyə müvəffəq olub.(report.az)

AzNews.az