Kərəm Məmmədov ailəsi ilə birlikdə doğulduğu kəndə getmək istəyib Kərəm Məmmədov ailəsi ilə birlikdə doğulduğu kəndə getmək istəyib

Azərbaycanlı alim Gürcüstana buraxılmadı - O, “arzuolunmaz şəxs” elan edildi

Kərəm Məmmədov ailəsi ilə birlikdə doğulduğu kəndə getmək istəyib

Tarixçi-alim, antropoloq, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədov Gürcüstana buraxılmayıb.

AzNews.az xəbər verir ki, əslən Dmanisi (Başkeçid) rayonun Gəyliyən kəndindən olan tarixçi-alim bir neçə gün öncə ailəsi ilə birlikdə doğulduğu kəndə getmək istəyib. Lakin Azərbaycan-Gürcüstan sərhədində gürcü sərhədçilər alimi saxlayıb və ona guya Gürcüstan qanunvericiliyinə uyğun olmayan fəaliyyət göstərdiyindən “arzuolunmaz şəxs” elan olması səbəbi ilə Gürcüstana girişinə yasaq qoyulduğunu bildiriblər.

Qeyd edək ki, tarixçi alimə qarşı Gürcüstan rəsmilərinin tətbiq etdiyi bu sanksiya iki il bundan öncə də tətbiq edilmişdi. 2019-cu ilin mart və aprel aylarında bu sanksiya götürülüb və Kərəm Məmmədov anasının dəfnində və 40 mərasimində iştirak edib.

Bahar

AzNews.az