"Onun üçün heç nə edə bilmədim" "Onun üçün heç nə edə bilmədim"

Gülüm soldu, evimin çiçəyi getdi - Tacir Şahmalıoğluna ağır itki

"Onun üçün heç nə edə bilmədim"

Müğənni Tacir Şahmalıoğluna ağır itki üz verib. Sənətçinin 83 yaşlı anası Südabə Allahverdiyeva dünyasını dəyişib.

Müğənni AzNews.az-a açıqlamasında halının pis olduğunu dedi:

“Anam getdi… Onun üçün heç nə edə bilmədim. Xəstə-zad deyildi, qəfildən yıxıldı, qıçı sındı. Ağrılara dözə, yeyib-içə bilmədi. Gülüm soldu, evimin çiçəyi getdi”.

Tacir Şahmalıoğlu anasının Mərdəkanda mərhum qardaşının yanında dəfn olunacağını bildirdi.

Bahar RÜSTƏMLİ

AzNews.az