Fəxri adlar alanların arasında dostarımı görəndə ağlayıram Fəxri adlar alanların arasında dostarımı görəndə ağlayıram

İlham Əliyevin sayəsində Kino Gününü Şuşada keçirəcəyik - Xalq artisti

Fəxri adlar alanların arasında dostarımı görəndə ağlayıram

“Biz Milli Kino Gününü Şuşada keçirəcəyik”.

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti Şamil Süleymanov Milli Kino Günü ilə bağlı fikirlərini bölüşərkən dedi.

O bildirdi ki, dövlətin dəstəyi nəticəsində yaxın vaxtlarda kinosevərlərə yeni filmlər təqdim olunacaq:

“Bütün Azərbaycan kinosevərlərini və kino aşiqlərini bu bayram günü münasibəti ilə təbrik edirəm. Son vaxtlar kino ilə bağlı böyük işlərə başlamışıq. Hazırlıq dövrü gedir, gələn ildən etibarən istehsalata filmlərimiz buraxılacaq. Çox sadam ki, bu gün film çəkənlərin əksəriyyəti gənclərdir. Kino günü ilə bağlı təbriklərimiz gəlir. Bu əziz gündə prezidentimizə borcluyuq, Allah ondan razı olsun, hamıya qayğı göstərir. Biz sənət adamları ulu öndərin davamçısı olan Azərbaycanın prezidenti İlham Əliyevə can sağlığı arzulayırıq. Bu gün Azərbaycan kinosuna prezidentin dəstəyi böyükdür. Mən bu günki kimi kinoya belə diqqət görməmişəm. Fəxri adlar alanların arasında dostarımı görəndə ağlayıram. Biz əziyyət çəkmişik, sənətə sevə-sevə gəlmişik. Sağ olsun prezidentimiz, hamımıza layiqli ad verib. Allah ondan razı olsun, İlham Əliyev bizim Ali Baş Komandanımızdır. Biz onun sayəsində bu bayramı Şuşada keçirəcəyik”.

Bahar RÜSTƏMLİ

AzNews.az