Özü yaza bilmədi, o dedi, Nərgiz yazdı Özü yaza bilmədi, o dedi, Nərgiz yazdı

Musa Yaqub tibb bacılarına şeir yazdı

Özü yaza bilmədi, o dedi, Nərgiz yazdı

Xalq şairi Musa Yaqub onu müayinə üçün gələn tibb bacılarına şeir həsr edib.

Bu barədə şairin qızı Səhər Musaqızı qeyd edib.

“Bakıya gəldiyim günün səhəri atamı Mərkəzi Klinikaya yerləşdirdilər. I vitse-prezident Mehriban xanımın göstərişi ilə yüksək səviyyədə müayinə etdilər. Atam indi özünü yaxşı hiss edir, sadəcə hərdən kövrəldiyini görürəm.

Tibb bacılarına yazdığı şeiri özü bəyənməsə də, pis alınmamışdı. Özü yaza bilmədi, o dedi, Nərgiz yazdı. Nərgiz də şeiri çərçivəyə saldırıb verdi tibb bacılarına, onlar da qoydular qeydiyyat otağındakı masanın üstünə”, - S.Musaqızı bildirib.

Qeyd edək ki, Musa Yaqub uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkir. (Kult.az)

image description