Filmlərə baxın, onları təhlil edin Filmlərə baxın, onları təhlil edin

Leonardo di Kaprio gənc aktyorlara məsləhət verdi - "Yolunuzu seçin"

Filmlərə baxın, onları təhlil edin

Məşhur Hollivud ulduzu Leonardo di Kaprio kino sahəsinə yenicə ayaq basmış aktyorlara dahi sənətkarlarla bir səviyyədə qalmaq üçün mümkün qədər çox filmlərə baxmağı məsləhət görüb.

Bu barədə aktyor “Daily Mirror” qəzetinə müsahibəsində deyib.

“Mən deyərdim ki, filmlərə baxın, onları təhlil edin. Özünüzü ən yaxşıları ilə müqayisə edin və yolunuzu seçin”, -deyə aktyor vurğulayıb.

Hollivud ulduzu həmçinin qeyd edib ki, o, hər dəfə kinoya baxır və bu sahənin nə qədər irəli getdiyinə heyran qalır. (Azərtac)