Mədəsində və öd kisəsində problemlər var Mədəsində və öd kisəsində problemlər var

"Yalçın Rzazadənin Bakıya nə vaxt qayıdacağı hələ bilinmir” - Baba Vəziroğlu

Mədəsində və öd kisəsində problemlər var

Xalq artisti Yalçın Rzazadənin səhhətində irəliləyiş var.

Bu barədə AzNews.az-a əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

Onun sözlərinə görə, Yalçın Rzazadənin mədəsi və öd kisəsində problemlər var.

Şair sənətkarın hazırda xəstəxanada olduğunu qeyd edib: “Bakıya nə vaxt qayıdacağı hələ bilinmir”.

Qeyd edək ki, bir neçə gün öncə xalq artisti Yalçın Rzazadənin səhhəti pisləşib. Həkimlər onun qanında zəhərlənmə getdiyini açıqlayıb. Vəziyyəti pis olan sənətkar Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyənin İstanbul şəhərinə aparılıb.

Müayinə zamanı Yalçın Rzazadənin mədəsində bir neçə yerdə yara aşkarlanıb.

Bahar RÜSTƏMLİ

AzNews.az