“Köhnə qvardiya” Anarın bu posta yenidən seçilməsinin tərəfdarıdır “Köhnə qvardiya” Anarın bu posta yenidən seçilməsinin tərəfdarıdır

AYB sədrliyi uğrunda mübarizə qızışdı - şok açıqlamalar, ittihamlar

“Köhnə qvardiya” Anarın bu posta yenidən seçilməsinin tərəfdarıdır

Bu il Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçiriləcək. Keçiriləcək, amma sədrin kim olacağını seçkilər müəyyən etməlidir. Bu da bəzi gənc ədibləri həvəsləndirib.

Onlar AYB sədri Anarın yerinə seçilmək istəyirlər. Lakin “köhnə qvardiya” Anarın bu posta yenidən seçilməsinin tərəfdarıdır. Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda yaradılıb.

İlk rəhbəri Məmmədkazım Ələkbərli olub. Sonra Seyfulla Şamilov, Rəsul Rza, Süleyman Rəhimov, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı kimi yazıçı-şairlər AYİ sədri olublar. 1987-ci ildən quruma Anar sədrlik edir. 32 ildir bu vəzifəni tutan Anar AYB-də ən uzunmüddətli sədrdir.

Fikrət Qoca ile ilgili görsel sonucu

Qurumun birinci katibi, xalq şairi Fikrət Qoca Modern.az-a bildirib ki, gənclərin bu prosesdə aktivləşməsi yaxşıdır, amma həyatda olduğu kimi, həmin mərama çatmalıdırlar: “Təki gənclər sədr seçilsinlər, kim nə deyir ki? Hamı sədr ola bilər. Mən özüm Anara səs verəcəm. Anar gedəndə mən ondan bir saat da qabaq gedəcəm. Çünki mən yaşca Anardan böyüyəm. Zamanı gələndə gedərəm. Amma AYB bizim evimizdir. Evdən bu saat qaçmalıyam?”

Şair Emil Rasimoğlu ile ilgili görsel sonucu

Şair Emil Rasimoğlu AYB sədrliyinə namizədliyini irəli sürəcəyini elan edib: “Bu o demək deyil ki, gənclərin hansısa biri sədr seçildikdə digərləri ona qarşı, şəxsən sədrlik postuna görə kütləvi şəkildə etiraz edəcək və ya haçansa özünün sədr olmasını gözləyəcək. Bu seçkidir, seçki! Seçkidə seçilirsən, təyin olunmursan ki, narazılıq edəsən. Fikrət Qoca indidən artıq Anar müəllimi namizəd kimi görür. 80 yaşı ötmüş bir ziyalının digər 80 yaşı ötmüş bir ziyalıya dəstək olmasına ehtiyac varmı?! Axı nə məcburdur? Olmazmı ki, Fikrət Qoca da, elə Anar müəllim də gəncləri dəstəkləyib, onları namizəd görələr?”

Gənc şair Fuad Cəfərli ile ilgili görsel sonucu

Gənc şair Fuad Cəfərli də namizədliyini elan edib və digər yazarlar da prosesə qoşulublar. AYB Gənclər Şurasının üzvü, şair Tural Turan da bildirdi ki, 13-cü qurultayda AYB sədrliyinə namizədliyini irəli sürəcək: “Hazırkı sədr və onun komandası gənc yazarların beynəlxalq aləmdə, dünyada tanıdılması üçün heç nə etməyib. Xaricdə hər hansı tədbir olarsa üç-beş eyni adamlar gedir. Azərbaycanın həmin adamlardan başqa istedadlı yazarları yoxdur? Var. Amma kölgədə qalırlar. Prezident təqaüdü istisna olmaqla, gənclər üçün heç nə edilməyib.

Xarici ölkələrdə kitabları çap olunmayıb. Halbuki prezident 800 min manat bir, daha sonra da 3 milyon manat ayırıb. Bəs bu pullar hara xərclənib? Hesabatı da verilməyib. Bütün bunları nəzərə alaraq AYB-də yeni idarəetməyə ehtiyacın olduğunu görürəm".

Qan Turalı: ile ilgili görsel sonucu

Qan Turalı: “İdeya, yanaşma dəyişməsə, Orxan Pamuk da AYB sədri olsa xeyri yoxdur”

Yazıçı Qan Turalı “Yeni Müsavat”a bildirdi ki, dünyanın hər yerində AYB kimi qurumlar fəaliyyət göstərir: “Bu cür yazıçılar ittifaqlarına hər zaman ehtiyac var. Türkiyənin özündə də yazıçılar birlikləri var. Sadəcə, Azərbaycanda bu qurum fəaliyyətini günün tələbləri istiqamətində qurmalıdır. Biz daha çox görürük ki, AYB yazıçıların sosial müdafiəsi ilə məşğuldur, nəinki ədəbiyyatın özü ilə. Yaxşı olar ki, bir nəşriyyat açsın, kitab çapı üçün real addımlar atsın. Amma bu istiqamətdə heç bir iş görmürlər. Ona görə də qurultayda bu məsələlər ortaya çıxarılmasa, addımlar atılmasa sədr postunda kadr dəyişikliyinin bir əhəmiyyəti qalmayacaq”.

Qan Turalı hesab edir ki, ideya, yanaşma dəyişməsə, Orxan Pamuk da AYB sədri olsa xeyri yoxdur.

Qəşəm Nəcəfzadə ile ilgili görsel sonucu

Qəşəm Nəcəfzadə: “Xalq və hakimiyyət Anarı dəstəkləyir, mən də onun namizədliyini dəstəkləyəcəm”

AYB İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə “Yeni Müsavat”a dedi ki, qurultayın 2020-ci ildə olması gözlənilir: “Bu barədə dəqiq tarixi rəsmilər daha yaxşı bilirlər. Amma gələn il olacağı ehtimalı var”. Q.Nəcəfzadə gənc yazarların namizədliyini irəli sürməsini normal qarşıladı: “Hər qurultay ərəfəsində olur, sonra qaçıb gizlənirlər. Deyirlər ki, gənc yazar sədr olsa yeni nəfəs gələr. Amma bu, yaşla bağlı deyil. Elə gənc var ki, qocadır. Elə qoca var ki, müasirdir. Anar müəllim hər cəhətdən müasirdir, xalq və hakimiyyət onu dəstəkləyir. Mən də Anar müəllimə dəstək vermək fikrindəyəm". (Musavat.com)