Daha arzularım qalmayıb Daha arzularım qalmayıb

Rasim Balayevin son arzusu: "Ən əziz adamlarıma da..."

Daha arzularım qalmayıb

Bu gün xalq artisti Rasim Balayevin doğum günüdür.

71 yaşlı sənətkar doğum günündə son arzusunu AzNews.az-a açıqlayıb:

"Bu gün dünyaya gəlmişəm. Allah hamıya can sağlığı versin, vəssalam, daha arzularım qalmayıb. Allahdan bircə istəyim var, sağlam canım olsun, heç kimin ümidinə qalmayım, özüm-özümü idarə edim. Allah verdiyi ömrü ayaqlarım üstə dayanaraq yaşaya bilim. Heç kimə möhtac olmayım. Allah məni ən əziz adamlarıma da möhtac etməsin”.

Bahar RÜSTƏMLİ

AzNews.az