Aktyor Mehriban Əliyevanın ona bağışladığı avtomobildən danışdı - "Hələ ona minməmişəm"

Avtomobili qızım idarə edir

“Mənə bağışlanan avtomobili qızım idarə edir. Bir dəfə də olsun, həmin avtomobilə minməmişəm. Məni yada salıb diqqət göstərənlərə Allah cansağlığı versin”.

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəyli Heydər Əliyev Fondunun ona bağışladığı “Peugeot” avtomobildən danışarkən bildirdi.

Aktyor Heydər Əliyev Fondu tərəfindən evində aparılan təmir işlərindən də söz açdı:

“Hazırda evimdə təmir işləri gedir. Bir aya kimi yekunlaşacaq. Müvəqqəti burada yaşayırıq, ancaq çox darıxıram. Sentyabrda evimizə köçəcəyik. Müalicəm də davam edir. Özümü yaxşı hiss edirəm. İnşallah, sağalaram, bütün bu çətin günlər də arxada qalar”.

Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli uzun zamandır ki, ağır xəstəlikdən əziyyət çəkir.

Aktyorun müayinə və müalicə kurslarını öz üzərinə götürən Heydər Əliyev Fondu xalq artisti Ramiz Əzizbəyliyə avtomobil də bağışlayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az