Bunu Xalq yazıçısı Çingiz Abdullayev deyib Bunu Xalq yazıçısı Çingiz Abdullayev deyib

"AYB-nin sədr müavini postu ləğv ediləcək"

Bunu Xalq yazıçısı Çingiz Abdullayev deyib

“Azərbaycan Yazıçılar Birliyində (AYB) sədr müavini ştatı ləğv olunur”.

Bunu AYB-nin təşkilati məsələlər üzrə katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.

“Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov vəfat edəndən sonra belə qərara gəldik ki, AYB sədrinin müavini postu ləğv edilsin”, - Ç. Abdullayev vurğulayıb.

O AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinin təşkilatın tərkibindəki Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğluna həvalə edildiyini də diqqətə çatdırıb: “Səlim Babullaoğlu həm AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həm də Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri olacaq”.

Qeyd edək ki, AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, şair Abbas Abdulla bu yaxında vəfat edib. (APA)