Mərasim saat 13:00-dan 15:00-dək Bakı Dövlət Universitetində olacaq Mərasim saat 13:00-dan 15:00-dək Bakı Dövlət Universitetində olacaq

Vasim Məmmədəliyevlə vida mərasimi keçiriləcək

Mərasim saat 13:00-dan 15:00-dək Bakı Dövlət Universitetində olacaq

Bu gün akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçiriləcək.

AzNews.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi saat 13:00-dan 15:00-dək Bakı Dövlət Universitetində keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın əməkdar elm xadimi, "Şöhrət" və "Şərəf" ordenli, akademik Vasim Məmmədəliyev dünən 77 yaşında vəfat edib.

Bahar RÜSTƏMLİ

AzNews.az