Şahmar Əkbərzadə 1990-cı ildə “Mədəniyyət” qəzetini təsis edib və ömrünün sonunadək qəzetin baş redaktoru olub Şahmar Əkbərzadə 1990-cı ildə “Mədəniyyət” qəzetini təsis edib və ömrünün sonunadək qəzetin baş redaktoru olub

Tanınmış şairin yaradıcılıq gecəsi keçirildi - FOTO

Şahmar Əkbərzadə 1990-cı ildə “Mədəniyyət” qəzetini təsis edib və ömrünün sonunadək qəzetin baş redaktoru olub

Ağdam rayonunun Çəmənli kəndində tanınmış şair-publisist Şahmar Əkbərzadənin yaradıcılıq gecəsi keçirilib.

Rayon ictimaiyyətinin nümayəndələrinin, təhsil və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə mərhum şair Şahmar Əkbərzadənin həyat və yaradıcılığı barədə məlumat verilib. Bildirilib ki, Şahmar Əkbərzadə 1941-ci il dekabrın 28-də Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olub. 1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra Şuşa Pedaqoji Texnikumunda təhsil alıb. 1960-cı ildə M.F.Axundzadə adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə qəbul olub və rus dili müəllimi ixtisasına yiyələnib. Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləyib. 1968-ci ildə Bakı şəhərinə köçərək "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. Sonralar həmin qəzetdə şöbə müdiri, “Kommunist” qəzetində müxbir və şöbə müdiri işləyib. 1990-cı ildə “Mədəniyyət” qəzetini təsis edib və ömrünün sonunadək qəzetin baş redaktoru olub.

Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişib. 2001-ci ildə Vektor Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı 18 ildir ki, onun doğum günü ərəfəsində il ərzində uğurlu fəaliyyət göstərmiş qələm adamlarına verilir. Bundan başqa 2014-cü ildə onun adını daşıyan "Şahmar Ədəbi Məclisi" təsis olunub.

Tədbirdə şairin dostları Ağalar Ağayev və Qəmbər Kərimoğlu öz fikirlərini bölüşüblər. Ədəbi-bədii musiqili gecədə Şahmar Əkbərzadənin həyat və yaradıcılığına həsr olunmuş video-slaydlar göstərilib, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri şairin şeirlərini söyləyiblər.

Sonda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Şahmar Əkbərzadənin qardaşı Ramiz Əkbərov çıxış edərək, şairin insan sevgisi, vətənpərvərlik kimi həmişəyaşar duyğular bəxş edən poeziyasının hər zaman yaşayacağını və müəllifini də yaşadacağını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini ifadə ediblər.

AzNews.az

image description image description image description image description