Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov yenidən səhnəyə qayıdıb Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov yenidən səhnəyə qayıdıb

Yalçın Səlimov yenidən səhnəyə qayıtdı

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov yenidən səhnəyə qayıdıb

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Yalçın Səlimov qaraciyər əməliyyatından sonra Abdulla Şaiqin “Qaraca qız” əsərində rol alaraq tamaşaçılar qarşısında çıxış edib.

Xatırladaq ki, aktyor bir neçə ay bundan öncə qaraciyər sirrozu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Heydər Əliyev Fondunun dəstəyi ilə aktyora qaraciyər köçürülüb.

Qeyd edək ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyorudur. O, bu müddət ərzində "Gəl qohum olaq", "Qarağaclar altında məhəbbət", "Cəhənnəm ekspresi", "Müsyö Jordan və dərviş Məstəli şah", "Qocanı Öldürməliyik", "Xilaskar" və sair tamaşalarda yadda qalan obrazlar yaradıb.(apa.az)

AzNews.az