Antonio Banderas teatr açıb

Malaqdakı premyeradan sonra teatrın yaradıcı heyəti qastrol səfərinə çıxacaq

Dünya şöhrətli aktyor Antonio Banderas İspaniyada özünün teatrını açıb.

Bu barədə "France Info"ya istinadən xəbər verilir.

Bildirilir ki, aktyorun teatrı ölkənin cənubunbdakı Malaqa şəhərində fəaliyyətə başlayıb. Banderas özü "Teatro del Soho"da nümayiş etdirilən tamaşada rol oynayıb.

Qeyd edilir ki, yeni teatrın aktyorları 22 musiqiçinin müşayiəti ilə 800-dən çox tamaşaçısının yerləşə bildiyi zalda çıxış ediblər.

Məlumata görə, Malaqdakı premyeradan sonra teatrın yaradıcı heyəti qastrol səfərinə çıxacaq.(Report)

AzNews.az