- Mədəni adam
- 19 Noyabr 2019 11:24
- 5 319
“Cəfər Cabbarlı həftəsi” keçiriləcək - Təqdim olunacaq tamaşalar

Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələcək
Bakıda noyabrın 23-dən 30-dək “Cəfər Cabbarlı həftəsi” keçiriləcək.
AzNews.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələcək.
Həftədə dövlət sifarişi əsasında hazırlanan tamaşalar təqdim olunacaq. "Cəfər Cabbarlı həftəsi" çərçivəsində teatrsevərlər Akademik Milli Dram Teatrında C.Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşalarına baxa biləcəklər.
Bahar RÜSTƏMLİ
AzNews.az