Tamaşanın rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir Tamaşanın rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir

Operada “O olmasın, bu olsun” tamaşası olacaq

Tamaşanın rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir

Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq.

AzNews.az xəbər verir ki, tamaşanın rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Tamaşada əsas rollarda teatrın aparıcı solistləri - Xalq artistləri Azər Zeynalov və Əkrəm Poladov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Gülüstan Əliyeva, Cahangir Qurbanov, Ələkbər Əliyev, Tural Ağasıyev, solistlər Fəhmin Əhmədli, Ağaxan Şərifov və başqaları çıxış edəcək.

Tamaşa Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az