Leyla Əliyeva çıxışında həkim peşəsinin əhəmiyyətini vurğulayıb Leyla Əliyeva çıxışında həkim peşəsinin əhəmiyyətini vurğulayıb

Seçenov Universitetinin Bakı filialında poeziya gecəsi keçirildi - FOTOLAR

Leyla Əliyeva çıxışında həkim peşəsinin əhəmiyyətini vurğulayıb

Dekabrın 26-da İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə poeziya gecəsi keçirilib.

Bakı filialının rektoru, professor Əziz Əliyev tədbirdə çıxış edərək tələbələrin poeziyaya marağının artırılmasına dəyərli töhfəsinə görə Leyla Əliyevaya təşəkkürünü bildirib.

Leyla Əliyeva çıxışında ən çətin və humanist peşələrdən biri olan həkim peşəsinin əhəmiyyətini vurğulayıb.

Sonra Seçenov Universitetinin Bakı filialının tələbələri Lalə İsayeva, Nuranə Ələkbərova, Vüsalə Hüseynova Leyla Əliyevanın “Dünyanın ən gözəl insanı, haradasan?”, “İnanmırıq” və “Zaman, xahiş edirəm, dayan” şeirlərini oxuyublar. Gələcəyin həkimləri – Tamerlan Rüstəmov, Lalə İsayeva və Yaqub Kərimov da öz şeirlərini oxuyublar.

Leyla Əliyeva gecənin sonunda tələbələrə öz kitablarını hədiyyə edib, tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.

AzNews.az

image description image description image description image description image description image description