- Mədəni adam
- 20 Mart 2020 14:02
- 17 572
Aktrisa Muhterem Nur vəfat edib

Kino aktrisası bu gün səhər saat 06.30 radələrində həyatını itirib
Türkiyənin məşhur aktrisası vəfat edib.
AzNews.az-ın məlumatına görə, kino aktrisası və müğənni Müslüm Gürsesin həyat yoldaşı Muhterem Nur bu gün səhər saat 06.30 radələrində İstinye Dövlət Xəstəxanasında həyatını itirib.
Şəkərli diabet xəstəsi olan və uzun müddət orqan çatışmazlığı ilə əlaqədar müalicə alan aktrisa dünən özünü yaxşı hiss etsə də, bu gün səhər saatlarında səhhəti ağırlaşıb və həkimlər onun həyatını xilas edə bilməyib.