Şuşadakı festivalda bir çox məşhurlar iştirak edib Şuşadakı festivalda bir çox məşhurlar iştirak edib

Polad Bülbüloğlu Şuşada ayaqüstə alqışlandı - VİDEO

Şuşadakı festivalda bir çox məşhurlar iştirak edib

Xəbər verdiyimiz kimi, bu gün Şuşada Cıdır düzündə "Xarıbülbül" festivalı reallaşıb.

Aznews.az xəbər verir ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Milli geyimdə səhnəyə çıxan P.Bülbüloğlu öz bəstələri olan “Azərbaycan” və “Şən Azərbaycan” mahnılarını oxuyub. Xalq artistinin ifaları festival iştirakçıları tərəfindən ayaqüstə alqışlanıb.

Qeyd edək ki, festivalı izləməyə gedənlər arasında Xalq artistləri Flora Kərimova, Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Samir Cəfərov, Əməkdar artistlər Tahir və Cabir İmanovlar, Xalq yazıçısı Anar və başqaları olub.