Çox şükür ki, arzum yerinə yetdi” sonuncu dəfə Şuşada 1986-cı ildə olduğunu xatırlayan R. Balayev deyib Çox şükür ki, arzum yerinə yetdi” sonuncu dəfə Şuşada 1986-cı ildə olduğunu xatırlayan R. Balayev deyib

Rasim Balayev Cıdır düzündə torpağı öpdü - Video

Çox şükür ki, arzum yerinə yetdi” sonuncu dəfə Şuşada 1986-cı ildə olduğunu xatırlayan R. Balayev deyib

İllər sonra Şuşaya gedən Xalq artisti Rasim Balayev Cıdır düzündə duyğulu anlar yaşayıb.

Aznews.az xəbər verir ki, aktyor yerə uzanaraq torpağı öpüb. Həmin anları “Birinci Studiya” proqramı lentə alıb.

“Arzu edirəm ki, bütün insanlarımızın, elimizin, obamızın arzuları həyata keçsin. Əlimi tam üzmüşdüm ki, daha Şuşanı görə bilməyəcəyəm. Sağ olsun, bizim Ali Baş Komandanımız, əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz, ruhları şad olsun. Bu günü bizə göstərdilər. Orada gəzirəm və hələ də inana bilmirəm. Allaha çox şükür. Çox şükür ki, arzum yerinə yetdi” sonuncu dəfə Şuşada 1986-cı ildə olduğunu xatırlayan R. Balayev deyib.

Qeyd edək ki, bundan öncə R.Balayev 35 il sonra ailə üzvləri ilə İsa bulağında foto çəkərək instaqram hesabında paylaşmışdı.