83 yaşlı Xalq artisti Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alıb 83 yaşlı Xalq artisti Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alıb

Xalq artistindən xəbər var

83 yaşlı Xalq artisti Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alıb

Xalq artisti Arif Babayev müalicəsini evə şəraitində davam etdirir.

Bunu Xalq artistinin oğlu Yaşar Babayev bildirib.

Onun sözlərinə görə, atasının səhhəti yaxşıdır: "Hazırda ev şəraitində müalicəsi davam etdirilir. Özünü yaxşı hiss edir. Hər şey qaydasındadır".

Y.Babayev bildirib ki, Xalq artisti koronavirusdan qorunmaq üçün pandemiya qaydalarına riayət edir: "Qaydalara əməl etməklə, bəzən açıq havaya da çıxır, gəzir".

Qeyd edək ki, 83 yaşlı Xalq artisti Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alıb. (report)