İordaniyada fəaliyyət göstərən rus mənşəli jurnalist Yelena Neduqina “Cohinya” və “Əl Hərir” portallarında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında “Nizami Gəncəvi; söz, fikir və məhəbbət carçısı” sərlövhəli məqalə ilə çıxış edib İordaniyada fəaliyyət göstərən rus mənşəli jurnalist Yelena Neduqina “Cohinya” və “Əl Hərir” portallarında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında “Nizami Gəncəvi; söz, fikir və məhəbbət carçısı” sərlövhəli məqalə ilə çıxış edib

İordaniyalı jurnalist Nizami Gəncəvi haqqında məqalə yazıb

İordaniyada fəaliyyət göstərən rus mənşəli jurnalist Yelena Neduqina “Cohinya” və “Əl Hərir” portallarında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında “Nizami Gəncəvi; söz, fikir və məhəbbət carçısı” sərlövhəli məqalə ilə çıxış edib

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Şərq ədəbiyyatı və fəlsəfi fikrinin korifeylərindən biri olan Nizami Gəncəvinin zəngin yaradıcılığı barədə ətraflı məlumat verilir.

Müəllif qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə başa vurduğumuz il “Nizami Gəncəvi İli” elan edilib və bu çərçivədə bir sıra mötəbər tədbirlər keçirilib.

Məqalədə dahi şair və mütəfəkkirin ölməz əsərlərinin Qərb və Şərq ölkələrində müxtəlif dillərdə çap olunduğu, onun zəngin irsinin dünyanın bir çox universitetlərində öyrənildiyi diqqətə çatdırılır. Həmçinin UNESCO-nun Baş qərargahında “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bundan başqa, dahi şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən "Nizami ili" elan edilib.
Yazıda hələ 1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyi münasibətilə Gəncədə Nizami Məqbərəsi önündə keçirilən tədbirdə dahi siyasətçi Heydər Əliyevin çıxışından sitat da yer alıb. Müəllif qeyd edib ki, o zaman respublikaya rəhbərlik edən Heydər Əliyev Nizami Gəncəvinin əsərlərinin nəşrinin genişləndirilməsi, onun fəlsəfi ideyalarının bütün dünyada təbliğ edilməsi tapşırığını vermişdi. Həmin vaxt keçirilən tədbirlərdə keçmiş SSRİ və xarici ölkələrdən qonaqlar iştirak etmiş, bu tədbirlər poeziya, beynəlmiləlçilik və xalqlar dostluğu bayramına çevrilmişdi.

Məqalədə görkəmli şairlər Rəsul Həmzətov, Əli Sərdar Cəfri, Tahsin Siracın Nizami Gəncəvi haqqında fikirləri də yer alıb.