Vaqif poeziya günlərinə müharibədə iştirak etmiş şairlər də dəvət olunub Vaqif poeziya günlərinə müharibədə iştirak etmiş şairlər də dəvət olunub

"Ordumuz bu yüksəkliyə 4 noyabr 2020-də yerləşmişdi" - DÖYÜŞMÜŞ ŞAİRLƏR YENİDƏN ŞUŞADA

Vaqif poeziya günlərinə müharibədə iştirak etmiş şairlər də dəvət olunub

"Durduğum yer Cıdır düzüdü. Arxada görünən yüksəklikdə bizim batalyon 2020-ci il, 4 noyabrda yerləşmişdi. Qarşısı Şuşa, sağ tərəfimizdə aşağıda isə Xankəndi idi. Qəribə duyğular yaşadım..."

Bu sözləri yazar, 44 günlük müharibə iştirakçısı Emin Piri öz Facebook səhifəsində yazıb.

O, hazırda Şuşadadır.

Emin Piri AzNews.az-a bıldırıb ki, hazırda Şuşada keçirilən Vaqif Poeziya günlərinə Vətən Müharibəsinin qaziləri olan şairlər də dəvətlidir. Yazarlar "İGİDLƏRİN SÖZÜ" layihəsi çərçivəsində öz yaradıcılıqlarından nümunələr səsləndirəcəklər.

Xatırladaq ki, Emin Piri II Qarabağ savaşında baş leytenant kimi iştirak edib, "Xocavəndin azad edilməsinə görə" və digər medallarla təltif olunub.

AzNews.az