Azərbaycan Kinorejissorlar Gildiyasından məlumat verilib Azərbaycan Kinorejissorlar Gildiyasından məlumat verilib

Kino rəssamı Arif Məhərrəmov vəfat edib

Azərbaycan Kinorejissorlar Gildiyasından məlumat verilib

Kino rəssamı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Arif Məhərrəmov vəfat edib.

Aznews.az xəbər v erir ki, bu barədə Azərbaycan Kinorejissorlar Gildiyasından məlumat verilib.

Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olub.1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olub. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilib.