- Mədəni adam
- 23 Yanvar 2024 19:21
- 23 080
“Boney M.” qrupunun yaradıcısı vəfat edib

Bəstəkar, musiqiçi, “Boney M.” qrupunun yaradıcısı Frank Farian vəfat edib.
Aznews.az TASS-a istinadən xəbər verir ki, o bu gün Mayamidəki evində 83 yaşında vəfat edib.
Frank Farian 1970-80-ci illərin qovşağında şöhrətinin zirvəsini yaşayıb. Almaniyalı musiqiçi daha çox 1975-ci ildə “Boney M.” qrupunu yaratması ilə məşhurdur. Fasilələrlə “Boney M.” qrupu bu günə qədər fəaliyyət göstərir.
Frank Farian albomları 800 milyondan çox nüsxədə satılıb.