Elektron poçt ünvanı vasitəsilə də qəbula yazılmaq olar Elektron poçt ünvanı vasitəsilə də qəbula yazılmaq olar
  • Mahal
  • 24 Oktyabr 2018 02:30
  •  1 254

Zakir Qaralov Ağdaşda 7 rayonun sakinlərini qəbul edəcək

Elektron poçt ünvanı vasitəsilə də qəbula yazılmaq olar

Baş prokuror Zakir Qaralov oktyabrın 26-da saat 10:00-da Ağdaş Rayon Prokurorluğunun inzibati binasında Mingəçevir şəhər, Ağdaş, Yevlax, Bərdə, Zərdab və Ucar rayon sakinlərinin qəbulunu keçirəcək.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağdaş rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilər.

© AzNews.az