İştirakçıları maraqlandıran suallar cavablandırılıb İştirakçıları maraqlandıran suallar cavablandırılıb
  • Mahal
  • 19 Noyabr 2018 11:18
  •  1 761

DİM yeni qəbul qaydaları ilə bağlı seminarlar keçirib

İştirakçıları maraqlandıran suallar cavablandırılıb

Dövlət İmtahan Mərkəzi Xızı və Siyəzən rayonlarının müvafiq fənn müəllimləri, metodistlər, məktəb direktorları, təhsil şöbələrinin nümayəndələrinin iştirakı ilə seminarlar keçirib.

AzNews.az xəbər verir ki, iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2019-cu ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının tətbiqi nəzərdə tutulan yeni qaydaları haqqında və ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili ilə bağlı təqdimatla çıxış edib və bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verib.

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva qəbul imtahanlarının yeni qaydaları haqqında məlumat verib və müəllimləri maraqlandıran sualları cavablandırıb.

Riyaziyyat fənni üzrə seminarda Dövlət İmtahan Mərkəzinin sektor müdiri Aydın Qasımov qəbul imtahanında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqram haqqında məlumat verərək yeni tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib.

Fizika fənni üzrə seminarda Bakı Modern Təhsil Kompleksinin müəllimi Əlövsət Rəcəbli qəbul imtahanında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqram haqqında məlumat verərək yeni tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səidə Nurməmmədli,

AzNews.az