Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
  • Mahal
  • 21 Noyabr 2018 17:36
  •  1 702

Göyçayda ağır qəza - 5 nəfər...

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Göyçay-Ucar yolunun 8-ci kilometrliyində, rayonun Mallışıxlı kəndi ərazisində baş verib.

Belə ki, Göyçay rayon sakinləri Məğrur Piriyevin idarə etdiyi "Hyndai" və Asif İsmayılovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Zərbənin gücündən hər iki avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.

Nəticədə hər iki avtomobilin sürücüsü və avtomobillərdə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxansına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

© AzNews.az

image description