Dövlət Məşğulluq Xidməti keçirdiyi Dəyirmi masalar barədə məlumat açıqlayıb Dövlət Məşğulluq Xidməti keçirdiyi Dəyirmi masalar barədə məlumat açıqlayıb
  • Mahal
  • 12 Dekabr 2018 17:07
  •  981

Bir ildə, 52 rayonda və şəhərdə...

Dövlət Məşğulluq Xidməti keçirdiyi Dəyirmi masalar barədə məlumat açıqlayıb

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərin məlumatlandırılması məqsədi ilə 52 rayon və şəhərdə dəyirmi masalar keçirilib.

AzNews.az xəbər verir ki, tədbirlər “Məşğulluq haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar, həmçinin “Sosial tərəfdaşlığın məşğulluğun təminatında rolu” və “Qeyri-rəsmi məşğulluğun qarşısını alınması” mövzularında işəgötürənlərin məlumatlandırılması məqsədi daşıyıb. Şəhər (rayon) İcra Hakimiyyətlərinin, Həmkarlar İttifaqı Təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi dəyirmi masalarda məşğulluq haqqında qanunvericilikdə əksini tapan yeniliklər qeyd olunub.

İşsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi sahəsində atılan addımlar haqqında işəgötürənlərə ətraflı məlumat verilib.

Səidə Nurməmmədli
AzNews.az