Göyçay rayonunda piyadanı avtomobil vurub. Göyçay rayonunda piyadanı avtomobil vurub.
  • Mahal
  • 28 Yanvar 2019 14:01
  •  1 230

Göyçayda məktəblini maşın vurdu

Göyçay rayonunda piyadanı avtomobil vurub.

Hadisə bu gün günorta saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Göyçay rayon sakini, 28 yaşlı Fərid Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 2004-cü il təvəllüdlü, IX sinif şagirdi Nəzrin Həsənlini vurub. Nəticədə məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin yardım göstərilib və vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

© AzNews.az