Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
  • Mahal
  • 21 Fevral 2019 14:00
  •  1 125

Lənkəranda ağır qəza - Yaralılar var

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt-Astara magistralının Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Liman şəhər sakini Elçin Quliyevin idarə etdiyi 99 GT 894 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə Qulam Hacıyevin idarə etdiyi 90 SU 387 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil toqquşub.

Zərbənin gücündən Q.Hacıyevin idarə etdiyi avtomobil yolun hərəkət hissəsindən çıxaraq ağaca çırpılıb. Nəticədə hər iki avtomobilin sürücüsü ciddi xəsarət alıb. Sürücülərdən Q.Hacıyevin vəziyyəti daha ağır olduğundan ilkin yardımdan sonra onun Bakıya göndərilməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az