- Mahal
- 18 Mart 2019 21:13
- 2 398
Şəmkirdə iki “Jiquli” toqquşdu

Hər iki maşın yararsız hala düşüb.
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax avto magistral yolunun Şəmkir rayonun Sabir kəndindən keçən hissəsində qeydə alınıb.
İki “VAZ 2107” markalı minik avtomobili toqquşub, hər iki maşın yararsız hala düşüb.
Xəsarət alanların olduqu bildirilir.
Hadisə yerinə təcili tibbi yardım və yol polisinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (ona.az)
AzNews.az