Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
  • Mahal
  • 7 Aprel 2019 11:19
  •  2 299

Salyanda maşın kanala düşdü - Ölənlər var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. Belə ki, Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1990-cı il təvəllüdlü Abışov Şəhriyar Mahir oğlu idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yolun kənarındakı kollektora aşıb.

Qəza nəticəsində avtombildə olan sərnişin, 1994-cü il təvəllüdlü İsrafilov Mərhəmət Vahid oğlu hadisə yerində ölüb.

Xəsarət alan Qaçaqkənd kəndinin sakinləri, 1993-cü il təvəllüdlü Nəbiyev Natiq Namiq oğlu və İsrafilov Qubad İlqar oğlu sürücü ilə birlikdə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq avtomobilin sürücüsü Ş. Abışov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az