Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezident İlham Əliyev sərəncam imzalayıb.
  • Mahal
  • 11 Aprel 2019 16:19
  •  1 267

Mingəçevirin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 7,0 (yeddi) milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

AzNews.az