- Mahal
- 27 Aprel 2019 09:22
- 2 609
Gəncədən Bakıya yarışa gələn idmançılar qəzaya düşdü - xəsarət alanlar var

Yaralıların vəziyyəti hazırda qənaətbəxşdir
Yevlaxda qəzaya düşən cüdoçular evə buraxılıb.
Avtoqəza nəticəsində xəsarət alan yaralıların vəziyyəti hazırda qənaətbəxşdir.
Xəstəxanadan bildirilib ki, İlyas İlyaslı, Təranə Paşayeva və Polad Niyazlının müalicəsi ev şəraitində davam etdiriləcək.
Saat 23:45
Yevlaxda baş vermiş yol qəzasında idmançılar xəsarət alıb. Hadisə zamanı "MAN" markalı yük maşını və "Mercedes" markalı mikroavtobus toqquşub.
Bakı-Qazax magistral yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində baş vermiş avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan 1991-ci il təvəllüdlü İlyaslı İlyas Ramiz oğlu, 1963-cü il təvəllüdlü Təranə Paşayeva və 2006-cı il təvəllüdlü Polad Niyazlı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, mikroavtobusda xəsarət alanlar Bakıya yarışa gedən cüdoçu Gəncə sakinləridir.
Faktla bağlı araşdırma aparılır. (ONA)