Yaralı dərhal xəstəxanaya çatdırılıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
  • Mahal
  • 21 May 2019 21:21
  •  1 765

Mingəçevirdə usta hündürlükdən yıxılaraq ağır xəsarət aldı

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Mingəçevir şəhərində bədbəxt hadisə qeydə alınıb.

Hadisə “Energertik” yaşayış massivində, Çörək zavodunun yanındakı tikilidə baş verib.

Belə ki, hündürlükdə təmir işləri yerinə yetirən usta -1957-ci il təvəllüdlü, şəhər sakini Şıxəliyev Ədalət Mustafa oğlu ehtiyatsızlıqdan oradan yıxılaraq çoxsaylı bədən xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı onun çanaq, ayaq, çənə və qabırğa nayihələrində müxtəlif ağır sınıqların olduğu müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır. (ona.az)

AzNews.az