Şamaxıda avtomobil aşıb, xəsarət alanlar var

Şamaxı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Avtoqəza Bakı-Şamaxı yolunun Sabir qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 90-HM-507 qeydiyyat nişanlı "VAZ 2107" markalı minik maşını hərəkətdə olarkən qəfildən təkəri sıradan çıxıb və avtomobil yolun kənarına aşıb. Nəticədə avtomobildə olan dörd nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlıdır.

Yol qəzasının təfərrüatları araşdırılır. (APA)