Quba sakini qanaxmadan öldü

Quba rayon Mərkəzi Xəstəxanasında ölüm faktı qeydə alınıb

Rayonun Qımıl-Qazma kənd sakini Kərimulla Qəribov orada daxili qanaxmadan ölüb.

Mərhumun qardaşı hüquq-mühafizə orqanlarına şikayət ərizəsində bildirib ki, özünü narahat hiss edən K. Qəribov xəstəxanaya müraciət edib. O, həkimin məsləhəti ilə xəstəxanada stasionar müalicəyə daxil olub və 4 nəfərdən qan götürülərək ona köçürülüb.

Bundan 3 gün sonra qardaşı xəstəxanada ölüb.

Onun daxili qanaxmadan ölməsi ilə bağlı əsaslı şübhələr olduğundan fakta dair rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıq adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, hadisəyə hüquqi qiymət veriləcək.(apa.az)

AzNews.az