Sakinlərdən biri probleminin həll olunmadığı üçün İqbal Mikayılovdan şikayətçi olub Sakinlərdən biri probleminin həll olunmadığı üçün İqbal Mikayılovdan şikayətçi olub
  • Mahal
  • 14 Oktyabr 2019 12:23
  •  2 376

Azərbaycanda icra başçısının müavini istefa verdi - Səbəbi açıqlandı

Sakinlərdən biri probleminin həll olunmadığı üçün İqbal Mikayılovdan şikayətçi olub

Ağsu rayon icra başçısının müavini Mikayılov İqbal Şahbaba oğlu istefa verib.

Rayona yeni icra başçısı təyin olunmuş Vahid Tağıyevin əhalini qəbul zamanı sakinlərdən birinin məsələsinə baxılıb.

Əldə etdiyimiz məlumata görə, həmin şəxs probleminin həll olunmadığı üçün İ.Mikayılovdan şikayətçi olub. O isə ittihama cavab verə bilməyib. Nəticədə vəzifəsindən istefa verməli olub. (BAKU.WS)

AzNews.az