Ananın vəziyyəti normaldır Ananın vəziyyəti normaldır
  • Mahal
  • 17 Oktyabr 2019 16:39
  •  1 575

Daha bir həkim məsuliyyətsizliyi: Gəncədə doğuş zamanı körpə öldü

Ananın vəziyyəti normaldır

Gəncədə uşaq ölümü qeydə alınıb.

Hadisə Gəncə Şəhər Səhiyyə İdarəsinin Regional Perinatal Mərkəzində baş verib.

Belə ki, Göygöl rayonun Quşqara kənd sakini doğuş üçün xəstəxanaya gətirilib. Xəstəxanaya yerləşdirilən qadını dərhal müayinə ediblər. Həkimlərin səyinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb. Ananın vəziyyəti isə normaldır.

Xəstənin yaxınlarının sözlərinə görə, körpənin ölümünə həkim məsuliyyətsizliyi səbəb olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır. (APA)

AzNews.az