Həkimlər yaralının vəziyyətinin orta-ağır olduğunu bildirirlər Həkimlər yaralının vəziyyətinin orta-ağır olduğunu bildirirlər
  • Mahal
  • 19 Oktyabr 2019 19:48
  •  2 909

Bərdədə avtomobil yolu keçmək istəyən qadını vurdu

Həkimlər yaralının vəziyyətinin orta-ağır olduğunu bildirirlər

Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gərənə kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən Bərdə rayon Cəyərli kənd sakini, 1963-cü il təvəllüdlü Hüseynova Şölə Haqverdi qızını vurub.

Xəsarət alan Ş.Hüseynova Təcili Tibbi Yardım briqadasının koməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az