Zaqatalada restoran 8 ay ərzində ikinci dəfə yanıb

Faktla bağlı araşdırma aparılır

Zaqatalada yanğın hadisəsi baş verib.

Yanğın bugün səhər saatlarında şəhərin "Köhnə Avtovağzal" adlanan ərazisində Ayna Əhməd qızı Əliyevaya məxsus "Görüş" restoranında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndurən texnikası və canlı qüvvəsı cəlb olunub.

Yanğın zamanı restoranın bir hissəsi yanıb.

Qeyd edək ki, "Görüş"kafesi bu ilin mart ayında da yanıb.

Faktla bağlı araşdırma aparılır.