Faktla bağlı araşdırma aparılır. Faktla bağlı araşdırma aparılır.
  • Mahal
  • 18 Noyabr 2019 11:22
  •  2 166

Neftçalada 11 yaşlı uşaq naməlum səbəbdən öldü

Faktla bağlı araşdırma aparılır.

Neftçalada 11 yaşlı uşaq dünyasını dəyişib.

Rayon sakini, 2008-ci il təvəllüdlü Həsən Abdullazadənin Neftçala rayon Xəstəxanasında ölməsi ilə bağlı rayon hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Yaxınların verdiyi məlumata görə, H. Abdullazadədə noyabrın 17-də kəskin baş ağrıları olub və xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq H. Abdullazadə xəstəxanada ölüb.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az