- Mahal
- 26 Noyabr 2019 21:52
- 2 270
78 yaşlı kişi ağacdan yıxılaraq öldü

Faktla bağlı araşdırma aparılır
Qaxda 78 yaşlı kişi ağacdan yıxılaraq ölüb.
Hadisə axşam saatlarında rayonun Qax-İngiloy kəndində baş verib.
Kənd sakini, 78 yaşlı Sandro Qaşaişvili qoz ağacından yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
S.Qaşaişvili Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Qax rayon Prokurorluğunda araşdırma aparılır.(apa.az)
AzNews.az