Faktla bağlı araşdırmalar davam etdirilir Faktla bağlı araşdırmalar davam etdirilir
  • Mahal
  • 6 Dekabr 2019 20:26
  •  2 320

Xaçmazda ağır qəza - Ölənlər var

Faktla bağlı araşdırmalar davam etdirilir

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəndob-Yalama yolunun Xaçmazın Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“TIR" markalı yük maşını ilə "Priora" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində minik maşınının sürücüsü və sərnişini ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.(apa.az)

AzNews.az