"İdarənin iş ahəngi 40 dəqiqəyə yaxın pozulub" "İdarənin iş ahəngi 40 dəqiqəyə yaxın pozulub"
  • Mahal
  • 6 May 2020 23:39
  •  8 621

Gədəbəydəki insidentlə bağlı - Rəsmi açıqlama

"İdarənin iş ahəngi 40 dəqiqəyə yaxın pozulub"

“Gədəbəydə anews.az saytının müxbirinin DSMF rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov yayıb.

O, bildirib ki, mayın 4-də saat 11:05-də Qənbərov Zaur Ələddin oğlu şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına girərək onu təhqir edib:

“Səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən onu da hədələyərək sürücüylə mübahisə edib. İdarənin müdirini və işçiləri təhqir edib. Hədə-qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub. Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-in yerli şöbəsi tərəfindən Gədəbəy rayon Prokurorluğuna müraciət olunub”.