Hər gün poliqonda yandırılan yanğının tüstüsü rayonun yarıdan çox hissəsini əhatə edir Hər gün poliqonda yandırılan yanğının tüstüsü rayonun yarıdan çox hissəsini əhatə edir
  • Mahal
  • 17 İyun 2020 13:49
  •  3 671

Kürdəmirdə insanların həyatı təhlükədədir - VİDEO

Hər gün poliqonda yandırılan yanğının tüstüsü rayonun yarıdan çox hissəsini əhatə edir

Kürdəmirdə məişət tullantıları paliqonu rayon sakinlərinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilib.

İllərdir yığılan tullantıların gecələr naməlum şəxslər tərəfindən yandırılması isə antisanitar vəziyyəti daha da çətinləşdirir.

Rayon sakinləri dəfələrlə aidiyyəti qurumlara məlumat versələr də indiyədək heç bir tədbir görülməyib.

Nəzərə alsaq ki, yay aylarında Kürdəmirdə 45-50 dərəcə isti olur və zibil paliqonundan qalxan tüstünün yaratdığı antisanitar vəziyyət, COVİD-19 pandemiyasına qarşı aparılan tədbirləri də arxa planda qoyur.

Hər gün poliqonda yandırılan yanğının tüstüsü rayonun yarıdan çox hissəsini əhatə edir. Mütəxəssislər isə ərazidəki mövcud olan vəziyyətin azyaşlı uşaqlar üçün eləcə də tənəffüs yolları xəstəliyindən əziyyət çəkən insanlar üçün ciddi təhlükənin qaçılmaz olduğunu bildirilər. (Report)

AzNews.az