Ermənistan dövlət terroru nəticəsində bu hadisədə 13 dinc sakin həlak olub Ermənistan dövlət terroru nəticəsində bu hadisədə 13 dinc sakin həlak olub
  • Mahal
  • 17 Oktyabr 2020 13:57
  •  2 556

Gəncə terrorunda 2 uşaq itkin düşüb

Ermənistan dövlət terroru nəticəsində bu hadisədə 13 dinc sakin həlak olub

Baş Prokurorluq oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfinin ağır artilleriya silahlarından Gəncə şəhərində əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində ölən və yaralananlarla bağlı detallı məlumat açıqlayıb.

AzNews.az-ın verdiyi xəbərə görə, Ermənistan dövlət terroru nəticəsində bu hadisədə 13 dinc sakin həlak olub. Onların 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır.

Ermənilərin raket atəşi nəticəsində bu gün 48 dinc sakin yaralanıb. Onlardan 23-ü kişi, 20-si qadın, 6-sı azyaşlıdır. İki uşaq itkin düşüb.