DİN məlumat yayıb DİN məlumat yayıb
  • Mahal
  • 22 Yanvar 2021 12:06
  •  4 783

İsmayıllı və Qəbələ sakinlərində odlu silah aşkarlanıb

DİN məlumat yayıb

İsmayıllı və Qəbələ Rayon Polis Şöbələrinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, İsmayıllı rayonunun Qalagah kənd sakini T.Yəhyayevdən müvafiq sənədləri olmayan “İJ-16”, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayonun Nic qəsəbəsində yaşayan F.Alməmmədovdan “İJ-18” markalı öv tüfəngləri aşkar edilərək götürülüb.